Bakıda COVID-19 xəstələri küçədə SAXLANILDIbackend

Bakıda COVID-19 xəstələri küçədə SAXLANILDI

Karantin rejimi tələblərinin təmin edilməsi, koronavirus infeksiyanın ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi ağır fəsadların qarşısının alınması məqsədilə daxili işlər orqanlarının əməkdaşları paytaxt ərazisində, eləcə də bölgələrdə nəzarət – profilaktik tədbirləri davam etdirir.

Bu barədə Hokm.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, martın 28-də və 29-da paytaxtın Qaradağ, Yasamal və Xətai Rayon Polis İdarələrinin əməkdaşları tərəfindən həmin rayonlar ərazisində 7 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıblar. Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq onların yaşayış yerlərini tərk etdikləri müəyyən olunub.

Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evlərə qaytarılıb, bu barədə müvafiq səhiyyə qurumu məlumatlandırılıb.

  •  (0)
  •  (0)