Bakıda COVID-19 pasportu olmayan valideynlər məktəblərə buraxılmır – Qaydalar niyə pozulur?backend

Bakıda COVID-19 pasportu olmayan valideynlər məktəblərə buraxılmır – Qaydalar niyə pozulur?

Sentyabrın 22-dən etibarən Azərbaycanda 2021-2022-ci tədris ili start götürəcək. Artıq bununla bağlı Təhsil Nazirliyi tərəfindən bütün hazırlıqlar görülüb, müəllimlər, valideynlər və şagirdləri maraqlandıran bütün suallara aydınlıq gətirilib.

Hokm.az xəbər verir ki, vətəndaşları ən çox maraqlandıran sual isə COVID-19 pasportu olmayan valideynlərin məktəbə buraxılıb-buraxılmaması ilə bağlı idi.
Təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkilinə dair keçirilən brifinqdə bu sualı cavablandırarkən, “valideynlərdən heç bir COVID-19 pasportu tələb etmirik” açıqlamasını vermişdi.

Bu gündən isə Bakıdakı məktəblərin əksəriyyətində övladlarının kitablarını götürmək, yaxud məktəblə bağlı hər hansı məsələni həll etmək istəyən və COVID-19 pasportu olmayan valideynlər məktəblərə buraxılmır. Məktəblərdə buna səbəb kimi Təhsil Nazirliyi tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargahın COVID-19 pasportu ilə bağlı tələbinə əsasən qərar verildiyi bildirilib modern.az

  •  (0)
  •  (0)