Bakıda bu gimnaziyanın fəaliyyəti dayandırıldı – DİSTANT TƏHSİLƏ KEÇDİbackend

Bakıda bu gimnaziyanın fəaliyyəti dayandırıldı – DİSTANT TƏHSİLƏ KEÇDİ

Təhsil Nazirliyinin tabeliyindəki S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının bir neçə şagird və müəlliminin COVID-19 testi pozitiv çıxıb.

Bu barədə Hokm.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu hal əsas götürülərək Nərimanov Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, gimnaziyada tədrisin bu gündən etibarən 14 gün müddətinə distant təşkil edilməsinə qərar verilib.

  •  (0)
  •  (0)