Bakıda bu binalarda istilik yoxdur – VİDEObackend

Bakıda bu binalarda istilik yoxdur – VİDEO

Xətai rayonu, Gəncə prospekti 89,95 ünvanlarında yerləşən binalarda istilik yoxdur.

Hokm.az xəbər verir ki, dünəndən Bakıda istilik mövsümünə rəsmi olaraq başlansa da, bəzi binaların sakinləri istiliyin üzünə həsrət qalıblar.

Sakinlərin sözlərinə görə, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət ediblər, amma şikayətləri cavabsız qalıb.

Havaların qeyri- sabit keçməsi isə soyuq evlərin sakinlərinin vəziyyətini daha da çətinləşdirib.

Məsələ ilə bağlı “Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev “Xəzər Xəbər”ə bildirib ki, qazanxanalar qrafik üzrə işə salınır. Həmin binalar da qrafikə əsasən bu gün gecədən etibarən istiliklə təmin olunacaqlar.

  •  (0)
  •  (1)