Bakıda böyük tıxac – Avtobuslar gecikir – FOTObackend

Bakıda böyük tıxac – Avtobuslar gecikir – FOTO

Hazırda paytaxt yollarında, xüsusən də əsas ictimai nəqliyyat dəhlizləri hesab edilən küçə və prospektlərdə avtomobillərin hərəkətində sıxlıq müşahidə edilir. Bu səbəbdən də bir sıra istiqamətlər üzrə müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət intervalında ləngimə var.

Hokm.az xəbər verir ki, bu haqda Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

Məlumata görə, Heydər Əliyev prospekti şəhər istiqamətində bir neçə yerdə fasilələrlə hərəkətə tətbiq edilən məhdudiyyət səbəbindən tıxac müşahidə edilməkdədir. Hazırda 1, 38, 13, M3, M8 marşrutlarından 16 ədəd avtobus tıxacda qalıb və hərəkət qrafikindən gecikir.

Həmçinin Ziya Bünyadov prospektində 20 yanvar istiqamətdə 11, 24, 7A, 7B N-li münətəzəm marşrut xəttindəki avtobuslararası intervallarda gecikmələr müşahidə olunur.

Bakı Sumqayıt şossesi mərkəz istiqamətdəki sıxlıq səbəbindən də həmin ərazidən keçən 2, 7A, 13, 14, 18, 29, 37, 65, 83, 92, 96, 114A, 114B, 135, 199 N-li müntəzəm marşrut xəttindəki avtobuslararası intervallarda gecikmələr müşahidə olunur.

 

  •  (0)
  •  (0)