Bakıda binanın giriş qapısına atılan körpə ilə bağlı YENİ XƏBƏRbackend

Bakıda binanın giriş qapısına atılan körpə ilə bağlı YENİ XƏBƏR

Kliniki Tibbi Mərkəzin tabeliyindəki Ə.F.Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanasına yerləşdirilən 14 günlük atılmış körpənin vəziyyəti yaxşılaşıb. Gətirilərkən vəziyyəti orta-ağır olan körpə həkimlərimizin səyi nəticəsində sağalmaq üzrədir.
Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətindən Hokm.az-a verilən məlumata görə, Nəsimi rayonundakı yaşayış binalarından birinin giriş qapısının qarşısında tapılaraq 1 saylı Körpələr Evinə yerləşdirilən körpənin səhhətində müəyyən problemlər olduğundan 21 noyabr 2021-ci il tarixində 2 saylı Kliniki Uşaq Xəstəxanasına gətirilib.
Körpənin vəziyyəti tam yaxşılaşdıqdan sonra yenidən 1 saylı Körpələr Evinə qaytarılacaq.
  •  (0)
  •  (0)