Bakı şəhəri, Yeni Yasamal yaşayış massivində hündürmərtəbəli binanın 6-cı mərtəbəsindən gənc qız paltar asarkən tarazlığını itirərək yıxılıb.
Hokm.az xəbər verir ki, bu barədə axar.az-a bina sakinləri məlumat verib.
Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub.
2004-cü il təvəllüdlü Aytac Fərid qızı Məmmədova xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

















