Bakıda bina sakinləri ölümlə üz-üzədir: Tikili hər an uça bilər – VİDEObackend

Bakıda bina sakinləri ölümlə üz-üzədir: Tikili hər an uça bilər – VİDEO

Bakının Nizami rayonu, Yavər Səfərov küçəsi, 32 ünvanında yerləşən tikili sakinlərin qorxulu yuxusuna çevrilib. Vay o gündən ki, bu yuxu çevrilib həqiqət ola.

Hokm.az xəbər verir ki, illərdir dəmir dirəklər üzərində qurulan bu tikili son vaxtlarda tamamilə acınacaqlı hal alıb.

Ərazidən dəmiryolu xəttinin keçməsi isə binanın çökmə təhlükəsini daha da sürətləndirir. Dörd ailənin yaşadığı bu tikilinin qəzalı olmasına dair hətta bir il əvvəl FHN rəy də bildirib. Lakin vəziyyət bu günə qədər dəyişməz olaraq qalmaqdadır.

Nizami Rayon İcra Hakimiyyətinin Keşlə qəsəbəsi üzrə icra nümayəndəliyindən bildirdilər ki, məsələdən xəbərdardırlar.

İcra nümayəndəsi Qara Qarakişiyevin sözlərinə görə, məsələyə yenidən baxılması üçün aidiyyəti qurumlara müraciət ünvanlayacaqlar:

“Qeyd etdiyiniz ünvandan xəbərimiz var. Biz rayon İcra Hakimiyyətinə müraciət etmişik. FHN tərəfindən akt tərtib olunub, rəy də verilib. Amma biz yenidən bu məsələ barədə Nazirlər Kabinetinə müraciət edəcəyik…”Baku TV

  •  (0)
  •  (0)