Bakının Buzovna qəsəbəsində ölmüş döl tapılıb.
Hokm.az “Qafqazinfo”ya istinadən məlumat verir ki, qəsəbə sakini A.Hüseynova məxsus bağ evinin həyətində 24-25 həftəlik döl aşkar edilib.Yarımçıq doğuş nəticəsində xaric olmaqla ölmüş dölün həyətə kim tərəfindən atılması, hadisənin hansı şəraitdə baş verməsi hələlik məlum deyil.
Faktla bağlı Xəzər Rayon Polis İdaərisinin 2-ci Polis Şöbəsində araşdırma aparılır.