Bakıda attestatsız şəxs direktor müavini təyin olunub?backend

Bakıda attestatsız şəxs direktor müavini təyin olunub?

Bakıda attestatsız şəxsin direktor müavini vəzifəsinə təyin edilməsilə bağlı araşdırma aparılır.

Hokm.az xəbər verir ki, bu barədə Report-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

Qeyd olunub ki, paytaxtdakı 3 nömrəli tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini İsmət Qədir qızı Yusifova 01.09.2004-cü ildə işə qəbul edilib:

 

“2004-cü ildə 3 nömrəli tam orta məktəb Binəqədi Rayon Təhsil Şöbəsinin tabeliyində olub. 2006-cı ildə Bakı şəhərində rayon təhsil şöbələri ləğv edilərək Bakı Şəhəri üzrə Təhsil İdarəsi yaradılıb. Həmin məsələ ilə bağlı araşdırma aparılıb. Bununla bağlı müvafiq tədbir görülməsi üçün aidiyyəti orqanlara müraciət olunub”.

  •  (0)
  •  (0)