Bakıda ana və 6 aylıq körpəsini avtomobil vurubbackend

Bakıda ana və 6 aylıq körpəsini avtomobil vurub

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 1993-cü il təvəllüdlü Mövsümova Urfanə Əmir qızı və onun azyaşlı övladı, 2021-ci il təvəllüdlü Mövsümova Zeynəbxanım Məşəl qızını vurub. Hər iki yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Müayinə zamanı U.Mövsümovaya qapalı kəllə-beyin travması, Z.Mövsümovaya isə əl və ayaq sümüklərinin sınıqları diaqnozları qoyulub.

Qeyd edək ki, hadisəyə səbəb iki avtomobilin toqquşması olub. Qəzaya uğrayan avtomobillərdən biri idarəetmədən çıxaraq, yol kənarındakı piyadaları vurub.

Hadisənin təfərrüatı araşdırılır.

  •  (0)
  •  (0)