Bakıda ağır yol qəzası – ÖLƏN VARbackend

Bakıda ağır yol qəzası – ÖLƏN VAR

Ötən gecə Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Hokm.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, sentyabrın 20-də saat 21 radələrində paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakini E.Məlikov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Oğuz rayon sakini Şaiq Dadaşovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Nizami RPİ tərəfindən araşdırma aparılır.

  •  (0)
  •  (0)