Bakıda ağır yol qəzaları – 3 nəfər öldü, xəsarət alanlar varbackend

Bakıda ağır yol qəzaları – 3 nəfər öldü, xəsarət alanlar var

Ötən gün Bakıda baş vermiş yol qəzalarında 3 nəfər ölüb.

Hokm.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, dünən saat 16 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində Bakı şəhər sakini Aydın Xıdırov idarə etdiyi “VAZ-2107” markalı avtomobili işıq dirəyinə vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş sürücü orada ölüb.

Ötən gün saat 18 radələrində isə Binəqədi rayonunun Goradil kəndi ərazisində Bakı şəhər sakini Qasım Abbasovun idarə etdiyi “Renault” və Daşkəsən rayon sakini B.Əhmədovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə Q.Abbasov hadisə yerində ölmüş, digər sürücü və bir sərnişini xəstəxanaya yerləşdiriliblər.

Daha bir ağır qəza Pirallahıda baş verib. Oktyabrın 6-da saat 19 radələrində Pirallahı qəsəbəsi ərazisində qəsəbə sakini E.Eskenderov idarə etdiyi “Mercedes” markalı avtomobillə velosiped sürən Şahin Hümbətovu vurub və o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hər bir faktla bağlı araşdırmalar aparılır.

  •  (0)
  •  (0)