Yaşadığı mənzildə baş verən partlayış nəticəsində xəsarət alaraq xəstəxanaya yerləşdirilən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru İbrahimov Cavid Telman oğlunun vəziyyəti ağır olaraq qalır.
Respublika Yanıq Mərkəzindən Hokm.az-a bildirilib ki, aktyorun müalicəsi reanimasiya şöbəsində davam etdirilir və vəziyyəti ağır olaraq qalır.
Gənc aktyorun bədəninin böyük hissəi yandığından həkimlər onunla bağlı qəti fikir söyləyə bilmirlər.

















