Bakıda 3 nəfər Kliniki Tibbi Mərkəzə müraciət etdi – KORONAVİRUS ŞÜBHƏSİbackend

Bakıda 3 nəfər Kliniki Tibbi Mərkəzə müraciət etdi – KORONAVİRUS ŞÜBHƏSİ

Bakıda koronavirusa yoluxmada şübhəli bilinən 3 nəfər 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hokm.az bildirir ki, bu barədə açıqlamasında Mərkəzin baş həkimi Ədalət Dadaşov məlumat verib.

Onun sözlərinə görə, həmin şəxslərdən bir nəfər Çində təhsil alan azərbaycanlı, 1 nəfər Bakı Dövlət Universitetinin amerikaşünaslıq fakultəsində təhsil alan Çin vətəndaşı, digər şəxs isə Krasnoyarsk vilayətində yaşayan və hazırda Bakıda olan azərbaycanlıdır:

“Çində təhsil alan azərbaycanlı və Krasnoyarsk vilayətindən gələn şəxs yoxlanılıb, analizlərin cavabları mənfi gəldiyi üçün evə buraxılıb. Yanvarın 27-də mərkəzə daxil olan çinli tələbə isə hazırda müalicəsini davam etdirir. Onun da analizlərinin cavabı mənfi gəlib, özünü normal hiss edir və yaxın günlərdə evə buraxılacaq”.(Trend)


Hostimul.com saytında müştərilərə təklif olunan bulud serverlər DdoS hücumlarına
qarşı maksimum müdafiə olunur və sizin saytınız və serveriniz istənilən kiber hücum
zamanı tam təhlükəsiz olur. Hostimul.com saytında bulud serverlərin quraşdırılması
zamanı heç bir ödəniş tələb olunmur. Həmçini bulud serverlərdə istənilən qədər
domen adı istifadə etmək mümükündür.

Daha ətraflı məlumat üçün: https://hostimul.com/cloud-vps-hosting/

  •  (0)
  •  (0)