Bakıda 3 avtomobil yanıbbackend

Bakıda 3 avtomobil yanıb

Bakıda baş vermiş yanğın zamanı 3 avtomobilə ziyan dəyib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Binəqədi rayonunda “Ford” markalı (qəzalı) yük avtomobilinin yanar hissələri yanıb, yüksək temperaturdan “Mercedes” markalı yük avtomobilinin 1 qapısı, üstündə olan soyuducusu qismən və “Jeep” markalı minik avtobilinin 1 ədəd arxa fənəri və buferi əriyib. Avtomobillərin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  •  (0)
  •  (0)