Bakıda 21 yaşlı gənc qızı avtomobil vurdubackend

Bakıda 21 yaşlı gənc qızı avtomobil vurdu

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hokm.az-ın məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb

Belə ki, Heydər Əliyev adına Sarayın yaxınlığında 2000-ci il təvəllüdlü Qarayeva Aysel Elşən qızı yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.anons.az

  •  (0)
  •  (0)