Bakıda 14 yaşlı yeniyetməni avtomobil vurdubackend

Bakıda 14 yaşlı yeniyetməni avtomobil vurdu

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hokm.az-ın məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Rayonun Xocahəsən qəsəbəsinə yolu keçən 2007-ci il təvəllüdlü Rəhimov Süleyman Sahib oğlunu minik avtomobili vurub.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bədənin çoxsaylı sıyrılmış yaraları diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

  •  (0)
  •  (0)