Bakıda 14 yaşlı yeniyetmə 5 gün öncə evdən getdi və… (VİDEO)backend

Bakıda 14 yaşlı yeniyetmə 5 gün öncə evdən getdi və... (VİDEO)

Bakıda 14 yaşlı yeniyetmə 5 gün öncə evdən çıxıb, hələ də geri qayıtmayıb.

Hokm.az xəbər verir ki, avqustun 12-si axşam saatlarında Zabrat qəsəbəsində yaşadığı evdən çıxan Allahverdi İsmayılovdan bir xəbər yoxdur. Atası İsmayıl bəyin sözlərinə görə, artıq 3-cü dəfədir ki, bu halla rastlaşırlar. Keçən həftə polis tərəfindən tapılaraq ailəsinə təhvil verildikdən iki gün sonra yenidən bu hadisə baş verib.

Valideyinləri  bildirirlər ki, Allahverdini dəfələrlə psixoloq yanına aparıblar. Lakin onlara ciddi bir xəstəliyinin olmadığı deyilib.

Anası İradə xanım isə deyir ki, evdən çıxanda bir kağıza «Ana bibimgilə gedirəm, narahat olmayın» yazaraq masanın üstünə qoyub. Bibisi isə qapıda beş dəqiqə onlarla salamlaşdıqdan sonra Allahverdinin getdiyini bildirib.

İradə xanım onu da bildirib ki, evi tərk edən zaman onun əynində mavi  rəngli cins şalvar, ağ rəngli köynək olub.

Qeyd edək ki, axtarış Sabunçu rayon polis idarəsinin 15-ci polis bölməsi tərəfindən də aparılır. Allahverdini görən şəxslər polis bölməsinə müraciət edərək ailəyə kömək edə bilərlər.

  •  (0)
  •  (0)