Bakıda 12 müəllim virusa yoluxdu – Məktəb bağlandı – RƏSMİbackend

Bakıda 12 müəllim virusa yoluxdu – Məktəb bağlandı – RƏSMİ

Bakının 245 nömrəli tam orta məktəbinin fəaliyyəti koronavirusa yoluxma halının qeydə alınması ilə əlaqədar distant təhsil formasında davam etdiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Hokm.az-a verilən məlumata görə, həmin məktəbin 12 müəllimi və 5 şagirdinin COVID-19 infeksiyasına yoluxması təsdiq olunub.

Bildirilib ki, COVID-19 testi pozitiv çıxan şagirdlərlə digər şagirdlərin təmasda olması qeydə alınıb:

“Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 245 nömrəli məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub”.

  •  (0)
  •  (0)