Bakı-Sumqayıt elektrik qatarının metronun “Dərnəgül” stansiyasının yaxınlığında 40 dəqiqədən çoxdur hərəkətsiz dayandığı bildirilir.
Hokm.az xəbər verir ki, bu barədə jurnalist Natiq Cavadlı “Facebook” hesabında yazıb. O qeyd edib ki, hərəkətin dayanmasına səbəb işığın sönməsidir. Nəticədə qatarda olan sərnişinlər bu müddət ərzində istidə qalıblar.
Məlumata görə, hazırda problemin nədən qaynaqlandığını aydınlaşdırmaq üçün araşdırma gedir.