Bakı Şəhər Təhsil İdarəsi siyasi avantura ilə məşğuldur, İdarənin ləğv olunması günün tələbidir – MEHRİBAN XANIM ƏLİYEVAYA MÜRACİƏTbackend

Bakı Şəhər Təhsil İdarəsi siyasi avantura ilə məşğuldur, İdarənin ləğv olunması günün tələbidir – MEHRİBAN XANIM ƏLİYEVAYA MÜRACİƏT

Rəşad Tağıyev və ətrafına toplaşanlar qəsdən narazılıq formalaşdırırlar

Azərbaycan təhsil sisteminin sağalmayan yarası sayılan və hal-hazırda Bakı şəhər Təhsil İdarəsində gündəlik iş prinsipinə çevrilən rüşvətxorluq və korrupsiya faktları artıq nəzarətdən çıxıb. Rəşad Tağıyevin idarəyə rəhbər təyin olunmasından sonra burada anarxiya,hərc-mərclik hökm sürür, məktəblərin yağmalanması prosesi sürətlənir. Tez-tez yoxlamalar adıyla məktəblərə edilən reydlər zamanı direktorlardan haqq tələb olunur. Təbii ki, bütün bunların da əsas zərbəsi son nəticədə müəllimlərə dəyir.
Hokm.az qlobal.az-a istinadla bildirir ki, verilən məlumatlara görə, bilavasitə R.Tağıyevin göstərişi ilə İdarənin daxili nəzarət şöbəsinin rəhbəri Sərxan paytaxtın məktəblərinə sözün əsl mənasında qan uddurur. Elə bil daxili nəzarətə yoxlamaların nəticələri olaraq böyük məktəblərin direktorlarını işdən azad etmək funksiyası tapşırılıb. Bildirilir ki, vəziyyət o qədər dözülməz haldadır ki, məktəb direktorları artıq işləmək istəmir, sadə dillə desək başını götürüb qaçmaq istəyir. Sərxanın qanunsuz “ərköyünlüyü” məktəbləri diz üstə çökdürüb. Qeyd etdiyimiz kimi bilavasitə R.Tağıyevin “xeyir duası” ilə aparılan bu yağmalama siyasəti ciddi narazılıqlar formalaşdırır. Daxili nəzarət şöbəsi əslində nəzarətsizlik şöbəsinə çevrilib.
Ölkədə rüşvətxorluğa,korrupsiyaya qarşı ciddi mübarizə aparıldığı bir dövrdə Rəşad Tağıyev və Sərxan Rzayev patyaxtın təhsil sektorunda əsl rüşvət bumu yaşadırlar. Təhsil nazirliyinin məktəblərdə yoxlamalar aparmaq barəsində qərarından sonra Rəşad Tağıyev Sərxanın vasitəsilə direktorların cibinin yoxlanılmasına start verib. Sərxan isə məktəb direktorlarının dərisini soymaqla məşğuldur. Ümumiyyətlə Sərxan Rzayevin əməlləri heç bir əxlaqi-mənəvi dəyərlərə sığışmır. Təkcə bir faktı xatırlatsaq onun hansı əxlaqa,insanlığa malik olduğu üzə çıxar. Bir müddət öncə paytaxt məktəblərinin birində çəkilmiş və sosial şəbəkələrdə yayılmış intim videoda çəkilən qızın araşdırmalarımız nəticəsində Sərxanın yaxın qohumu olması məlum olub. Belə bir şəxsin paytaxtın təhsil sistemində əsas fiqurlardan biri olması və rüşvəti BŞTİ-nin iş prinsipinə çevirməsi paytaxtın pedaqoji ictimaiyyətinə əsl təhqirdir. Görün Rəşad Tağıyev kimləri ətrafına toplayaraq təhsilimizi məhvə sürükləyir.
Ümumiyyətlə bu gün BŞTİ-də dəhşətli bir rüşvət çetesi fəaliyyətdədir. R.Tağıyevin yağmalama siyasəti Azərbaycan təhsili üçün üz qarası, utancverici bir hadisədir. Bakı şəhər məktəblərində direktorların vəzifədən azad olunması və yenilərin vəzifəyə təyin olunması, müəllimlərin yerləşdirilməsi, birinci siniflərin komplektləşdirilməsi və digər sahələrdə rüşvətxorluq tüğyan edir. Bu gün BŞTİ sanki patyaxtın təhsil sektorunu məhv etmək üçün fəaliyyət göstərir. Zəngin ənənələri olan Bakı təhsili bir neçə nəfər dələduz və karyeristin əlində girova çevrilib. R.Tağıyev ətrafına topladığı şəxslərlə birlikdə paytaxtın təhsil sistemində bazar açıb. BŞTİ-nin rəhbərliyində toplaşan şəxslər bir-birinə düşmən münasibət bəsləyən “rəqiblər”dir. İlk baxışda vahid komanda təsiri bağışlasalar da əslində bir-birini məhv etməyə hazır olan bu şəxslər mümkün olduğu qədər çox qazanmaq üçün bütün vasitələrdən istifadə edirlər. Bu gün BŞTİ intriqalar yuvasına çevrilib. Müxtəlif maraqların toqquşduğu idarədə bir neçə qruplaşma arasında amansız rəqabət və mübarizə gedir. Qarşı tərəfi sıradan çıxarmaq üçün bütün vasitələrdən istifadə edən qrupların savaşında isə Bakının təhsil sistemi sıradan çıxır. Daha çox qazanmaq uğrunda açıq rəqabət aparan bu qruplaşmaların fəaliyyəti nəticəsində Bakı məktəbləri rüşvət burulğanında məhv olmaqdadır.
R.Tağıyev onun tələblərinə cavab verən şəxsləri mümkün qədər öz ətrafına toplamaqla məşğuldur. R.Tağıyevin müavini İlhamə Abdullayeva, Ümumi təhsil sektorunun müdiri Fuad Babayev, direktorların qəniminə çevrilən Sərxan Rzayev konkret olaraq bu gün dövlətin təhsil siyasətini məhv etməklə məşğuldurlar. Yəni bir sözlə el məsəlində deyildiyi kimi, “bunların ipinə odun bağlamaq olmaz”. Təhsil sahəsində  200 saylı məktəbdən idarədə yüksək vəzifəyə gətirilən Fuad Babayev R.Tağıyevin bilavasitə “qara kassası” rolunu oynayır.
Cənab Prezidentin, Mehriban xanımın yüksək diqqət ayırdığı təhsil siyasəti BŞTİ tərəfindən yerlərdə sürünür, korrupsiyanın və rüşvətin qurbanına çevrilir. Ölkədə ciddi islahatların aparıldığı bir zamanda bu qədər arxayınlıqla hərəkət etmək, rüşvəti gündəlik iş prinsipinə çevirmək anlaşılan deyil. Adlarını çəkdiyimiz şəxslər sanki qəsdən ciddi narazılıq formalaşdırırlar. Seçkilərin keçirildiyi, siyasi atmosferin çox həssas olduğu bu anlarda dövlətə və onun təhsil siyasətinə qarşı bu qədər narazılıq formalaşdırmaq siyasi təxribatdan başqa bir şey deyildir. Rəşad Tağıyev ətrafına topladığı şəxslərlə birlikdə paytaxtın təhsil ictimaiyyəti içərisində narazılıq formalaşdırır. Elə bir şərait yaranıb ki, BŞTİ paytaxtın təhsil sistemi üçün artıq bir quruma çevrilib. İntriqaların hökm sürdüyü, rüşvətin və korrupsiyanın isti yuvasına çevrilən bu qurum təhsil sistemində ağır bir yükə çevrilir. Son illər bir çox dövlət qurumları birləşdirilir və ya ləğv edilir. Artıq BŞTİ-nin ləğv olunması günün tələbidir. Paytaxtın təhsil sistemini çökdürən, daha çox qorxu,xof doğuran idarə tezliklə ləğv olunmalı, rüşvət çetesi çökdürülməlidir. Bəlkə bu yolla Bakının təhsil sistemində formalaşan rüşvətxor çetenin fəaliyyətini durdurmaq mümkündür.
  •  (0)
  •  (0)