Bakı-Quba yolundakı qəzada ölən iki aylıq körpəni həkimə aparırmışlarbackend

Bakı-Quba yolundakı qəzada ölən iki aylıq körpəni həkimə aparırmışlar

Bu gün Bakı-Quba-Rusiya sərhədi magistral yolunun Xızı rayonundan keçən hissəsində 3 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, dəhşətli qəzada ölənlər və yaralananlar Xızının Giləzi qəsəbə sakinləridir.

Belə ki, səhər saatlarında kənd sakini, 1991-ci il təvəllüdlü Pərviz Xudabaxşıyev 2 aylıq qızının səhhətində yaranmış problemlə bağlı onu xəstəxanaya aparmaq istəyib. Bu məqsədlə o, dostu Orxan Qasımova müraciət edib və Pərviz, 2 aylıq qızı Mədinə, həyat yoldaşı Əfsanə və anası Vəsxanımla birgə Orxanın idarə etdiyi VAZ-2106 markalı avtomobillə Sumqayıtdakı xəstəxanaya yola düşüblər. Yolda onlar magistralın Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmir edilən yerdə təktərəfli hərəkət zolağına keçiblər. Yolun 69-cu kilometrliyində O.Qasımovun sürdüyü avtomobil üzbəüz gələn DAF markalı yük avtomobili ilə toqquşub.

Nəticədə ön oturacaqda olan sürücü O.Qasımov, eləcə də Pərviz Xudabaxışov, həmçinin arxa oturacaqda anasının qucağında olan 2 aylıq Mədinə aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Körpənin anası və nənəsi isə ağır xəsarətlərlə Siyəzən Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

  •  (0)
  •  (0)