Bakı-Quba yolunda dəhşətli QƏZA: iki nəfər ölüb, 4 nəfər xəsarət alıbbackend

Bakı-Quba yolunda dəhşətli QƏZA: iki nəfər ölüb, 4 nəfər xəsarət alıb

Bakı-Quba yolunda iki maşın toqquşub.

Hokm.az APA-ya istinadən xəbər verir ki, hadisə magistralın 78-ci km-də, Siyəzən rayonu ərazisində qeydə alınıb.

“Nissan” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər dünyasını dəyişib. Onlar 1988-ci il təvəllüdlü Xalidə Xəlilzadə və 19 yaşlı Gülbəniz Qaçıyevadır. Qəza zamanı 4 nəfər də müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

  •  (0)
  •  (1)