Bakı-Qazax yolunda mikroavtobusun iştirakı ilə zəncirvari qəza olub: Xəsarət alanlar varbackend

Bakı-Qazax yolunda mikroavtobusun iştirakı ilə zəncirvari qəza olub: Xəsarət alanlar var

Bakı-Qazax yolunda zəncirvari yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə magistralın Ağdaş rayonu ərazisindən keçən hissəsində, Ləki qəsəbəsi ərazisində baş verib. “Ford” markalı sərnişin mikroavtobusu və iki minik avtomobilinin toqquşması nəticəsində xəsarət alanlar var. Xəsarət alanların bir qisminə yerindəcə tibbi yardım göstərilib, bir qismi isə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

  •  (0)
  •  (0)