Bakı-Qazax yolunda avtomobil aşıb, xəsarət alanlar varbackend

Bakı-Qazax yolunda avtomobil aşıb, xəsarət alanlar var

Yevlax-Ağdaş magistral yolunda xəsarətlə nəticələnən yol qəzası olub.

Hadisə magistral yolun üzərində olan Şirvangöl istirahət mərkəzi yaxınlığında baş verib.

“Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq öncə yol kənarındakı beton maneəyə çırpılıb, sonra yolun kənarına aşıb. Qəza nəticəsində sürücü və sərnişini müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar xəstəxanaya aparılıb. Onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.///report

  •  (0)
  •  (0)