Bakı-Qazax yolunda AĞIR QƏZA – Ölən və xəsarət alanlar varbackend

Bakı-Qazax yolunda AĞIR QƏZA – Ölən və xəsarət alanlar var

Bakı-Qazax magistralının Şəmkir rayon ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi olub.

Hokm.az xəbər verir ki, hadisə rayonun “Üç yol” deyilən ərazidə qeydə alınıb. Belə ki, “VAZ-2107” və “QAZ-3110” markalı avtomobillərin toqquşması nəticəsində 1 qadın (şəxsiyyəti dəqiqləşdirilir-red) hadisə yerində dünyasını dəyişib, daha 2 nəfər – 1983-cü il təvəllüdlü Kərimov Daşqın Davud oğlu və 1984-cü il təvəllüdlü Kərimov Vüqar Əli oğlu isə müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.  “Report”

  •  (0)
  •  (0)