Bakı qaranlığa qərq oldu — Mağazalarda şam və su tükənib, yollarda hərəkət çətinləşibbackend

Bakı qaranlığa qərq oldu — Mağazalarda şam və su tükənib, yollarda hərəkət çətinləşib

Bu dəqiqələrdə Bakıda vəziyyət gərgin olaraq qalır.

Hokm.az “Ölkə.Az”-a istinadən xəbər verir ki, gərginlik ilk növbədə yollarda yaranıb. Belə ki, işıqların sönməsi ilə yollarda böyük tıxaclar olub. Yol polisləri yollarda nəqliyyatın hərəkətini  tənzimləməyə çalışırlar. Demək olar ki, şəhər küçələrindəki işıqforların əksəri işləmir. Bu isə nəqliyyatın hərəkətində çətinliklər yaradıb.

Bakı Nəqliyyat Agentliyi metronun fəaliyyətini dayandırması səbəbindən sərnişinlərin pulsuz daşındığını bildirsə də, sərnişin çoxluğundan taksilərə müraciət edənlər də az deyil. Lakin taksi sürücüləri fürsətdən yararlanaraq müştərilərə qiymət oxuyur. Bir manatlıq yol üçün 5-10 manat tələb edilir.

Mağazalarda isə vəziyyət bir az da bərbaddır. İşıqların 2 gündə bir neçə saat yanmaması soyuducuda olan məhsulların xarab olmasına səbəb olub. Sahibkarlar bu səbəbdən külli miqdarda ziyana düşüblər.

Bundan başqa, elektrik enerjisi olmadığından əhali mağazalardakı şamların çox hissəsini alıb. Suyun gəlməməsi isə mağazalarda satılan suyun tükənməsinə səbəb olub.

Elektrik enerjisi şəhərin əksər hissəsində bərpa olunsa da, ümumilikdə Bakıda zülmət qaranlıq hökm sürür.

  •  (0)
  •  (0)