Bakı-Naxçıvan təyyarəsi təcili eniş etdi – SƏBƏBbackend

Bakı-Naxçıvan təyyarəsi təcili eniş etdi – SƏBƏB

Saat 07:22-də Bakıdan Naxçıvana uçuş edən “Azərbaycan Hava Yolları”na məxsus Airbus A319 təyyarəsinin kapitanı Bakı hava limanına qayıdaraq eniş etməyi xahiş edib.

“Azərbaycan Hava Yolları” QSC-dən Hokm.az-a verilən məlumata görə, təyyarənin plandankənar enməsinə texniki nasazlıq (kondisioner sistemində problem) səbəb olub.

Bakı vaxtı ilə saat 08:01-də təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurlu eniş edib.

Hava gəmisinin göyərtəsində 122 sərnişin olub. Onlar Naxçıvan şəhərinə digər təyyarə ilə göndəriləcək.

  •  (0)
  •  (0)