Bakı metrosunda yeni TƏYİNATbackend

Bakı metrosunda yeni TƏYİNAT

“Bakı Metropoliteni”ndə kadr dəyişikliyi olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, bununla bağlı qurumun sədri Zaur Hüseynov əmr imzalayıb.

Əmrə əsasən, “Bakı Metropoliteni” QSC-nin Hərəkət Qatarları üzrə İş Departamentinin rəisi vəzifəsinə Elmar Əzimov təyin edilib.

O, bu təyinata qədər baş mühəndis kimi çalışıb.

  •  (1)
  •  (0)