Bakı metrosunda problem: Sərnişinlər boşaldıldıbackend

Bakı metrosunda problem: Sərnişinlər boşaldıldı

“Bakı Metropoliteni”nin “Ulduz” stansiyasında qatarda texniki problem yaranıb.

Bu barədə  oxu.az-a qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, “Dərnəgül-Həzi Aslanov” istiqamətində hərəkət edən qatarın “Ulduz” stansiyasında vaqonlarından birinin qapısında problem yaranıb:

“Problem səbəbindən sərnişinlər vaqonlardan boşaldılıb. Qatar dərhal depoya yola salınıb. Təlimat tələbinə uyğun olaraq həmin qatarın əvəzinə xəttə yeni qatar buraxılıb”.

  •  (0)
  •  (0)