Bakı metrosunda ölüm hadisəsi yaşandıbackend

Bakı metrosunda ölüm hadisəsi yaşandı

Bu gün səhər saatlarında Bakı metrosunda ölüm hadisəsi baş verib.
“Bakı Metropoliteni” QSC-nin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov Hokm.az-a bildirib ki, yaşlı kişi qatarda özünü pis hiss edib. O, dərhal platformaya çıxarılıb. Əraziyə təcili tibbi yardım çağırılıb.
Həkimlər gələnə qədər həmin şəxs həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
  •  (0)
  •  (0)