Bakı metrosunda hadisə – Qara tüstü yayıldıbackend

Bakı metrosunda hadisə – Qara tüstü yayıldı

Metronun “Əhmədli” stansiyası yaxınlığında şaxtada kabelin giriş sahəsində kabel muftasında qısaqapanma baş verib.

“Bakı Metropoliteni”ndən Hokm.az-a verilən xəbərə görə, elektrik mühafizəsi dərhal işə düşüb, ehtiyat kabel qoşulub. Ventilyatorlar havanın çıxarılması rejiminə qoşulub və tunelə daxil olmuş tüstü çıxarılıb. Sərnişin təhlükəsizliyi ilə bağlı heç bir problem yaşanmayıb, tənzimləmə məqsədilə qatarların hərəkətində iki dəqiqə vaxt sərf olunub.

  •  (0)
  •  (0)