Bakı metrosunda baş verən səs-küyün səbəbi nədir? – AÇIQLAMAbackend

Bakı metrosunda baş verən səs-küyün səbəbi nədir? – AÇIQLAMA

Bu gün səhər saatlarında Bakı metrosunun “Koroğlu” stansiyasında həddindən artıq sərnişin sıxlığı yaşanıb.

Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər.

Ətraflı

Ad – 00:10
Bildirilib ki, stansiyada qatarda səs-küy və qalmaqal yaşanıb.

Məsələyə aydınlıq gətirmək üçün Bakı Metropoliteni ilə əlaqə saxladıq. Qurumun rəsmisi Bəxtiyar Məmmədov BAKU.WS-ə bildirdi ki, həqiqətən də, bu gün “Koroğlu” stansiyada çox sərnişin olub.

“Əməkdaşlarımız sərnişinlərin hərəkətini tənzimləməyə çalışıblar. Səs-küyə gəlincə, bir sərnişin vaqondan düşərkən çantası qalıb. Ona görə də, hay-küy düşüb”, – deyə qurum rəsmisi bildirib.

Nəticədə qatarın hərəkətində təxminən 1 dəqiqə gecikmə olub. Lakin sonradan həmin interval yolda tənzimlənib.

  •  (0)
  •  (0)