Bakı Metropoliteninin 2 əməkdaşı vəfat etdibackend

Bakı Metropoliteninin 2 əməkdaşı vəfat etdi

“Bakı Metropoliteni” QSC-nin Elektromexanika xidmətinin su təchizatı sahəsinin elektrik mexaniki 1965-ci il təvəllüdlü Eldar Süleymanov bu gün səhər saat 7:55 dəqiqədə “Elmlər Akademiyası” stansiyasında özünü pis hiss edib. Dərhal ona təcili tibbi yardım xidməti cağırılıb, ilkin yardım edilib. TTY xidməti çatana qədər dünyasını dəyişib.

Hokm.az xəbər verir ki, bu barədə Metropolitenin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib: “İş yerinə gələndə, stansiya növbətçisi və polisə özünü pis hiss etdiyini deyib. “Bakı Metropoliteni” QSC-nin kollektivi mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!”

Bundan başqa bu gün səhər işə gələrkən, “Bakı Metropoliteni”QSC-nin Tikinti departamentinin Dəmir yolunun tikintisi və əsaslı təmir işləri üzrə dəstəsinin rəisi Babaşxan Baxışov da ürək tutmasından yolda dünyasını dəyişib.

  •  (2)
  •  (8)