Bakı Gənclər Mərkəzinin direktoru Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının “Qızıl medalı” ilə təltif olunubbackend

Bakı Gənclər Mərkəzinin direktoru Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının “Qızıl medalı” ilə təltif olunub

Hokm.az xəbər verir ki,  Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının rəhbərliyinin qərarı ilə, Bakı Gənclər Mərkəzinin direktoru  Nərgiz Babayeva “2 Fevral – Azərbaycan Gəncləri Günü” münasibətilə gənclər siyasətinin həyata keçirilməsində fəal iştirakına görə Alyansın  “Qızıl medalı” ilə təltif edilib.

Qeyd edək ki, medal gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsində, yaradıcı və istedadlı gənclərin üzə çıxarılmasında, karyera imkanlarının artırılmasında və gənclərin məşğulluq imkanlarının genişləndirilməsində fəal dəstəyə görə verilib.

  •  (0)
  •  (0)