Bakı-Ələt yolunda sürücüləri radara salan yol nişanı – NÖQSAN VAR – VİDEObackend

Bakı-Ələt yolunda sürücüləri radara salan yol nişanı – NÖQSAN VAR – VİDEO

Bakı-Ələt yolunda sürəti bildirən nişanlar sürücüləri çaşdırır.

Hokm.az avtosfer.az-a istinadən xəbər verir ki, sözügedən yolun Bakı istiqamətində (Qaradağ YPX postunun yaxınlığında) piyada keçidi olduğu üçün hərəkət sürəti 70 km/saata endirilib.

Piyada keçidini və stasionar radarı keçdikdən sonra hərəkət sürətini bildirən 90 nişanı və 100 metr qarşıda yenidən 70 nişanı quraşdırılıb. Hərəkət sürətinin qısa bir anda bu qədər artırılıb-azaldılması sürücülərdə çaşqınlıq yaradır. Bundan əlavə hərəkət sürətinin bu cür təşkili lüzumsuzdur. Sürücünün 100-150 metr məsafədə sürəti 90-a qaldırması və yenidən 70-ə salmasının məntiqi nədir?

Qeyd edək ki, piyada keçidinə çatmamış hərəkət sürətini bildirən 70 nişanı yalnız yolun solunda quraşdırıldığı üçün, bəzən sağ zolaqla hərəkət edən sürücülər onu görməyərək əvvəlki sürət rejimi ilə hərəkət edirlər və radara düşürlər.

Düşünürük ki, bu da hərəkətin təşkilindəki digər bir nöqsandır. Qanunvericilikdə qeyd olunub ki, yol nişanları yolun sağ tərəfində sürücünün yaxşı qavraya və görəcəyi yerdə quraşdırılmalıdır. İki və daha artıq zolağı olan yollarda yolun sol tərəfində və ya ayrıcı zolaqda nişan təkrarlana bilər.

Ümid edirik bu işlə məşğul olan məsul şəxslər hərəkətin təşkilində olan nöqsanları aradan qaldıracaq.

  •  (0)
  •  (0)