Bakı-Ələt yolunda Dəhşətli QƏZA – Mikroavtobus yük maşını ilə toqquşdu + Ölən və yaralananlar varbackend

Bakı-Ələt yolunda Dəhşətli QƏZA – Mikroavtobus yük maşını ilə toqquşdu + Ölən və yaralananlar var

Bakı-Ələt-Qazax-Gürcüstan yolunun Ələt qəsəbəsindən keçən hissəsində baş verən ağır yol-nəqliyyat hadisəsinin detalları bəlli olub. 

Hokm.az-ın oxu.az-a istinadən məlumatına görə, hadisə səhər saat 06:10 radələrində sözügedən ərazidə baş verib.

Sərnişin daşıyan mikroavtobus ilə yük avtomobili toqquşub.

Belə ki, İ.Əliyevin idarə etdiyi “Ford Tranzit” markalı, 54-BH-819 dövlət nömrə nişanlı avtomobil qarşıda hərəkətdə olan S.Həsənlinin idarə etdiyi “Mitsubishi” markalı 17-AC-208 dövlət nömrə nişanlı yük avtomobilinə çırpılıb.

Hadisə nəticəsində “Ford Tranzit” markalı mikroavtobusda olan sərnişinlərdən Ə.İşıqov hadisə yerində həlak olub. Digər sərnişin C.İşıqov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

***

Azərbaycanda mikroavtobus qəzaya uğrayıb.

Ölkə.Az xəbər verir ki, Bakı-Ələt-Qazax-Gürcüstan yolunun Ələt yaxınlığından keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qəza zamanı “Ford” markalı mikroavtobus yük avtomobilinə çırpılıb.

İlkin məlumata görə, hadisə nəticəsində ölən və xəsarət alanlar var.

Həmin hadisənin görüntülərini təqdim edirik:

  •  (0)
  •  (0)