Bakı DYP-nin rəisi vəzifəsindən azad olundu – ƏMRbackend

Bakı DYP-nin rəisi vəzifəsindən azad olundu – ƏMR

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin rəisi, polis polkovniki Nüşirəvan Səfərov işdən çıxarılıb.

Hokm.az-ın məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, N.Səfərov xidmətkeçmənin son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Onun yerinə hələlik təyinat yoxdur.
Bakı şəhər Baş Polis İdarəsindən faktı təsdiqləyiblər.APA

  •  (0)
  •  (0)