Bakı bu dronlarla S-300-ləri məhv etdi – Melkonyanbackend

Bakı bu dronlarla S-300-ləri məhv etdi – Melkonyan

Qarabağdakı müharibə zamanı Azərbaycan ən inkişaf etmiş silah sistemlərindən və müharibə konsepsiyasından istifadə etdi.

Hokm.az xəbər verir ki, bunu erməni şərqşünas Sergey Melkonyan deyib.

“Ermənistan ordusunun müasir hava hücumundan müdafiə sistemləri, Rusiyanın S-300-ləri də daxil olmaqla, əsasən İsrail istehsalı kamikaze dronlar tərəfindən məhv edildi”, – Melkonyan bildirib.

Onun sözlərinə görə, Qarabağ silah və texnika ilə Bakıya kömək edən İsrail və Türkiyənin təcrübələri üçün ən yaxşı meydan oldu və nəticədə PUA-ların havadakı üstünlüyü qələbəyə gətirib çıxardı.axar.az

  •  (0)
  •  (0)