Bakı Ağır Cinayətlər Məhkəməsində kütləvi informasiya vasitələri ilə əlaqələrə yeni məsul şəxs təyin edilib.
E-huquq.az-ın əldə etdiyi məlumata görə, bu vəzifə məhkəmənin hakimi Telman Hüseynova həvalə olunub.
Qeyd edək ki, daha əvvəl sözügedən məhkəmədə kütləvi informasiya vasitələri ilə əlaqələrə məsul şəxs hakim Əfqan Hacıyev idi. O, bir müddət əvvəl 65 yaşının tamam olması ilə əlaqədar təqaüdə göndərilib.