“Bakcell” MMC-nin alt sütunlarında nələr baş verir?backend

“Bakcell” MMC-nin alt sütunlarında nələr baş verir?

Azsiyasət.com saytının poçtuna “Bakcell” şirkətinin əməkdaşlarından biri tərəfindən məktub daxil olub. Hələki adını qeyd etmək istəmədiyimiz həmin şəxsin bizə ünvanladığı məktubun 1-ci hissəni olduğu kimi təqdim edirik.

Həmin şəxs yazının 2-ci hissəsində “Bakcell”də baş verən hadisələrdən, şirkətlə bağlı aysberqin görünməyən tərəflərindən, ciddi kadr və maliyyə maxinasiyalarından danışır və kifayət qədər sensasion iddialar irəli sürür. Bu istiqamətdə məktubda yer alan iddialarla bağlı araşdırmalarımız davam edir, bir müddət sonra təqdim edəcəyik.

I HİSSƏ:

“Bakcell” sirkətinin özünəməxsus çəkisinin, xüsusi nüfuzunun, mükəmməl servisinin olması haqda məlumatlar və s. hər kəsə bəlli olan həqiqətlərdir. Butun bunlar şirkətin mehriban kollektivinin əməyi sayəsində əmələ gəlmişdi deyə ortaya belə bir yanaşma qoysaq, bəlkə də yanılmış olarıq. Çünki, son vaxtlara kimi “Bakcell” sirkətində hər şeyin gözəl olması qənaətində idik. Bugünkü ab-hava isə… Belə ki, bugünlərdə şirkətdə baş verən haqsızlıqlarla bağlı elə məlumatlar əldə etmişik ki, sanki eşitdiklərimizdən dəhşətə gəlməli olduq. O halda dərk etdik ki, heç də bu şirkətdə ab-hava göründüyü qədər şəffaf deyil. Yəni, səndemə “Bakcell” MMC-nin özünəməxsus əmək məcəlləsi ilə bərabər, cəza tədbiri qaydaları, vəzifədən alma, vəzifə vermə və s. kimi xüsusi səlahiyyətləri də var imiş. Bəllidir ki, Azərbaycan Respublikasının ərazisi hüdudlarında butun qurumların fəaliyyət növləri ölkə qanunları əsasında tənzimlənməli olduğu halda, təəssüflər olsun ki, “Bakcell” sirkətində ƏM-nin tələbləri tamam fərqli qanun-qaydaların varlığından xəbər verir. Belə ki, əldə etdiyimiz məlumatlara görə bu gün şirkətin alt sütunlarında elə absurd, elə aglasığmaz qərarlar qəbul olunur ki, bunu normal insan təfəkkürü heç cur həzm edə bilməz. Məsələn, məlumatlara görə müdriyyətin verdiyi hər bir tapşırıq qeyri-qanuni olsa belə, mütləq yerinə yetirilməlidir. Əgər kimsə bundan imtina edərsə, yaxud da hansısa faktla razı olmadığını ortaya qoyarsa, o halda çox keçmir ki, şirkətin informasiya təhlükəsizlik idarəsi həmin şəxslə məşğul olmağa başlayır. Bundan əlavə, “Bakcell” şirkətində baş verən çəkişmələrin səbəbləri uzun müddət işçilərə və partnyorlara qaranlıq qalır. Buna da əsas səbəb, mübahisəli məsələlərlə bağlı iddiaçı tərəflərə vaxtında lazımi məlumatların verilməməsi olur. Təəssüf doğuran hal odur ki, şirkətin aşağı sütunlarında yaşananlar, bu gün də üst rəhbərliyə duzgun formada catdırılmır. Ona görə də hər kəs tam şəkildə əmin ola bilər ki, adı çəkilən bu qurumla bağlı əldə etdiyimiz məlumatları, yaşanan konkret faktların mahiyyətini (tərəflərin daxili yazışmalarını) yaxın günlərdə geniş ictimaiyyətin diqqətinə çatdırmağa çalışacağıq. O halda hər kəsə bəlli olacaq ki, artıq ölkəmizin müstəqil media qurumları “Bakcell” siirkətində yaşananlara heç də biganə qalmır və media üçün əhəmiyyət kəsb edən hər bir problemin mahiyyətini araşdırmaqda maraqlı görünür. İnanırıq ki, belə bir olayların araşdırılmasında bir çox dövlət qurumları da, məhz məsələ və problemlərin varlığına heç də biganə qalmayacaqlar.

P.S. Nəzərinizə çatdıraq ki, bir muddet once “Bakcell” shirketi karantin qaydalarini kobud şəkildə pozmasi ile gündəmə gəlmişdi. Bu cür halların baş verməsi bir daha onu söyləməyə əsas verir ki, cənab Prezidentin tapşırıq və tövsiyyələrinə məhəl qoyulmayan şirkətdə, əslində işçi hüquqlarının və əmək münasibətlərinin pozulması sanki adi hal hesab olunur. Ardı var. Odur ki, bizi izləməyi unutmayın”.

  •  (0)
  •  (0)