Bahar Muradovadan kişilərə sərt qınaq: “Ailədə qızları yük kimi qəbul edirlər“backend

Bahar Muradovadan kişilərə sərt qınaq: “Ailədə qızları yük kimi qəbul edirlər“

Milli Məclisin bu gün keçirilən iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 2019-cu il üzrə illik məlumatı təqdim edərkən gender bərabərliyinin əsas göstəricilərdən biri olan reproduktiv sağlamlıq baxımından bu məsələnin çox önəmli olduğunu deyib.

Hokm.az Yenisabah.az-a istinadən xəbər verir ki, komitə sədrinin sözlərinə görə, müşahidə edilən problemlərdən birinin də cins balansının pozulmasıdır:

“Ölkəmizdə hər 100 qız uşağına 105-107 oğlan təşkil edir. Aparılmış sorğular nəticəsində hələ də kişilərin 49,5 faizi ailədə qızları yük kimi qəbul edir. Məktəb direktorları və müavinləri arasında qadınların sayı artıb”.

  •  (1)
  •  (4)