” Kaş bu qar adamın yerinə mən olardım. Nə ruhum olardı, nə də canım. Bir tək rəngim olardı, bir də cismim. Hava isinəndə də əriyib suya dönərdim. Nə canım yanardı, nə də can yandırardım. Heyf ki, adamam. Heyf ki, insanam.
“İnstagram”da köhnə şəkillərimə baxıram və baxdıqca kövrəlirəm. Məgər mən nə qədər xoşbəxt imişəm anlamamışam. Nə qədər bəxtəvər olduğumun fərqinə varmamışam.
Hokm.azxəbər verir ki, bu sözləri aparıcı Günay Firudinqızı sosial şəbəkə hesabında yazıb. Aparıcı izləyicilərindən üzr də istəyib:
“Şəkillərimin altında “Bəxtəvər başına”, “Nə xoşbəxtsən”,”Nə dərdin var” deyən izləyicilərimdən bəlkə zamanında incimişəm, küsmüşəm. Bəlkə də xətirlərinə dəymişəm. Özüm də bilməmişəm.Mənə o sözləri yazan izləyicilərimin hamısından üzr istəyirəm! Bağışlayın, məni. Siz haqlıymışsınız. Doğrudan da xoşbəxtlərin xoşbəxti imişəm, dünyanın ən bəxtəvər bəndəsi imişəm, indi dərk edirəm.
Amma nə yazıq ki gecikmişəm, həm də çox gecikmişəm. Gerçəyi dərk etmək üçün gecikmişəm.
Anamsız həyat, mənasız həyat..,dünya mənə dar görünür. O qədər kiçikdir ki, hətta məni sağdan soldan sıxır. Nə vaxt çölə baxıram qaranlıqdır. Yollar ensiz, evimiz dar,özümə geniş yer istəyirəm” big.az

















