Badamdardakı sürüşmənin son vəziyyəti AÇIQLANDIbackend

Badamdardakı sürüşmənin son vəziyyəti AÇIQLANDI

Badamdar sürüşmə sahəsində bu günə olan son vəziyyət açıqlanıb.

Hokm.az Oxu.Az-a istinadən xəbər verir ki, jurnalistlərə açıqlamasında Fövqaladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyin “Azərinşaat” layihə institutunun geoloji axtarış şöbəsinin rəisi Samir Vəliyev jurnalistlərə açıqlamasında bildirib ki, ərazidə geniş tədqiqat və layihələndirmə işlərinə yapon mütəxəssisləri ilə birlikdə 2018-ci ildən başlanılıb:

“Bu müddət ərzində sahədə sürüşmə bir neçə dəfə təkrar olduğundan layihədə daim müvafiq dəyişikliklər edilib. Layihədə yamacın dayanıqlığını təmin etmək üçün ilkin mərhələdə yamacın üst hissəsində 11 ədəd fərdi yaşayış evlərinin arxasında məhəllədaxili yolun kənarında 3 ədəd, eni 3.5 metr, dərinliyi 30 metr olan drenaj quyularının qazılması və hər quyuda 21 ədəd olmaqla 40 mm uzunluğu 50 metr olan yelpikvari 2 səviyyədə horizontal suqəbuledicilərin qurulması nəzərdə tutulub”.

O qeyd edib ki, layihədə ikinci mərhələdə evlərin qarşısında, həyətlərdən sonra yuxarı hissədən başlayaraq yamacda dəmir-beton terrasların yaradılması planlaşdırılıb: “Üçüncü mərhələdə Badamdar – 20-ci sahə avtomobil yolunun sağ tərəfində (yamacın aşağı hissəsində) dəmir-beton svaylar üzrə monolit istinad divarının inşa edilməsi və yolun bərpası işləri ediləcək”.

  •  (0)
  •  (0)