“Ölkə.Az” xəbər verir ki, məhkəmə baxış iclası aprel ayının 1-də Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçiriləcək.
[the_ad_placement id=”video-reklam”][the_ad id=”3884″]
Qeyd edək ki, hadisə 2018-ci ilin avqust ayında Göygöl şəhərində Nəriman Nərimanov küçəsində yerləşən evlərdən birində baş verib. Gəncədə yaşayan 1989-cu il təvəllüdlü Tağıyev Vüsal Tağı oğlu sözügedən ünvanda yaşayan 1992-ci il təvəllüdlü bacısı Tağıyeva Vüsalə Tağı qızını və onunla bir evdə olan Goranboy rayon Səmədabad kənd sakini, 1998-ci il təvəllüdlü Əliyev Nurlan Saləddin oğlunu bıçaqlayaraq qətlə yetirib. Cinayəti törədən V.Tağıyev şübhəli şəxs qismində saxlanılıb. İlkin məlumata görə, Vüsalə Tağıyeva həyat yoldaşından boşanıb və bir azyaşlı övladı ilə yaşayırmış. Hadisə qadın Nurlan Əliyevlə yaşadığı evdə görüşən zaman baş verib. Həmin zaman qardaşı onun evinə gələrək qətli törədib.
















