“Bacımı həkimlər öldürdü” – Xalq artistindən İTTİHAMbackend

“Bacımı həkimlər öldürdü” – Xalq artistindən İTTİHAM

Xalq artisti Zümrüd Məmmədovanın bacısı Arzu Məmmədova koronovirus infeksiyasından vəfat edib.

Hokm.az xəbər verir ki, bu haqda Axşam.az-a açıqlama verən xanəndə bacısının ölümündə həkimləri günahlandırıb. O bildirib ki, təcili yardım çağırsalar da, gec gəlib və bacısı vəfat edib:
“Bacım istirahətdə idi, öskürürdü. Ciyərlərində problem yarandı, koronavirusa yoluxduğunu öyrəndik. Bir dəfə təcili yardım gəldi, heç nə etmədən pul alıb getdi. Bunlar necə müalicə aparır? Səhhəti pisləşmişdi, xəstəxana ilə danışdıq ki, aparaq yerləşdirək. Dedilər, təcili yardım gətirməlidir xəstəxanaya. Təcili yardıma dəfələrlə zəng etdik, “gəlirik” deyib, gəlmədilər. Bacım onların günahı ucbatından vəfat etdi. Mənim bacımı onlar öldürdü. Nəfəs ala bilmirdi, sudurqa keçirdi və vəfat etdi. TƏBİB, səhiyyə işçiləri hara baxır? Yasamal rayonu ərazisində təcili yardım işləmir.

Özümü bağışlaya bilmirəm ki, kaş mən koronovirusdan qorxmayaydım, bacımı özüm maşınıma qoyub aparardım xəstəxanaya. Ölüm qalıb kənarda, ağlamağım yadımdan çıxıb. Bacım səhlənkarlığın qurbanı oldu. Qəsdən gec gəldilər ki, koronovirus xəstəsi vəfat etsin. Dəfələrlə zəng edib yalvardım ki, bacım nəfəs ala bilmir, tez gəlin. Bu cür səhiyyə işçilərinə ar olsun”.

Xalq artisti bacısının allergiyası və sudurqası olduğu halda vaksin vurduqlarını söyləyib:
“Arzunun sudurqası var idi. Buna baxmadılar, vaksin vuruldu. Bacım gözümün qabağında sudurqa keçirdi və dünyasını dəyişdi. 50 yaşı var idi, iki körpə balası qaldı. Bacım Arzu illərdir AzTV-də rejissor kimi çalışır”.

Zümrüd Məmmədova kürəkəninin də hazırda koronavirusa yoluxduğunu deyib:

“Arzunun həyat yoldaşı da hazırda xəstəxanadadır. O da virusa yoluxub”.

  •  (0)
  •  (0)