Rusiya Cənub Hərbi Dairəsi komandanının müavini, Qarabağdakı rus sülhməramlıların keçmiş komandiri general-leytenant Rüstəm Muradovun bacısı oğlunun Ukraynada həlak olduğu, özünün isə yaralandığı haqda xəbərlər yayılıb.
Həmin məlumatda iddia olunur ki, 27 yaşlı Salman Süleymanov tağım komandiri olub və o, hərbi əməliyyat zamanı ölüb.
General-leytenant Rüstəm Muradov haqqin.az-la telefonla əlaqə saxlayıb və bacısı oğlunun Ukraynada ölməsi ilə bağlı məlumatı təsdiqləyib.
Eyni zamanda, Muradov Ukraynadakı döyüşlər zamanı xəsarət alması ilə bağlı xəbərləri təkzib edib.