“Bacarmadım, məni bağışlayın” – Kim Çen In ağlayaraq xalqdan üzr istədi – VİDEObackend

“Bacarmadım, məni bağışlayın” – Kim Çen In ağlayaraq xalqdan üzr istədi – VİDEO

Şimali Koreya lideri Kim Çen In xalq qarşısında etdiyi səhvlərə görə üzr istəyib və göz yaşı töküb.

“Korea Times”ın yazdığına görə, KXDR rəhbərinin Koreya Əmək Partiyasının 75 illiyi şərəfinə təşkil olunan hərbi paradda etdiyi çıxışda xalqa təşəkkürünü bildirib və həyatlarını düzəldə bilmədiyi üçün peşman olduğunu vurğulayıb.

“Xalqımız mənə güvəndi, güvəni göy qədər uca və dəniz qədər dərin idi, amma hər zaman onların ümidlərini doğrultmağı bacarmadım. Məni bağışlayın”,- deyə Kim Çen In qeyd edib.

“Daily Mail” nəşrinin yayımladığı kadrlarda isə onun eynəyini çıxarıb göz yaşlarını sildiyi görünür.

Bəzi mütəxəssislər ölkə başçısının koronavirusa qarşı kifayət qədər təsirli mübarizə siyasəti apara bilmədiyinə görə üzr istədiyini düşünür.

Qeyd edək ki, KXDR liderinin daha əvvəllər etdiyi çıxışlar əsasən şablon xarakter daşıyır və ölkənin hərbi gücünü təsvir etməyə yönəlirdi.konkret.az

  •  (0)
  •  (2)