AZZA-da dini səbəblərlə donuz əti yeməyənlərin dini inancına hörmətsizlik edilir- DİQQƏTLİ OLAQbackend

AZZA-da dini səbəblərlə donuz əti yeməyənlərin dini inancına hörmətsizlik edilir- DİQQƏTLİ OLAQ

AZZA sadəcə tort və şirniyyat satmır, həm də tərkibində DONUZ əti olan kolbasa-sosiska məhsullarını satır. Donuz əti satmaq qanunla qadağan deyil, onu yeyən də var, lakin məhsulun tərkibi haqqında onun üstündə Azərbaycan dilində məlumat olmalıdır. AZZA isə arxasında balaca hərflərlə “pork”, “pork meat” yazıları olan ət məhsullarını əhaliyə satır.

Hokm.az xəbər verir ki, bu barədə tanınmış hüquqşünas, professor Fərhad Mehdiyev öz feysbuk hesabında paylaşım edib.

O, bildirib ki, vətəndaşlarımızın əksəriyyəti dini səbəblərdən donuz əti yemir:

“İndi AZZA-dan neçə nəfər bu şəkildə donuz tərkibli kolbasa sosiska alıb, ingilis dilində bilmədiyi üçün də onları bəh-bəhlə aşırıb, bax bu bilinmir. Bu səbəblə Azərbaycan dilində məhsulun tərkibi haqqında məlumat verməməklə AZZA sadəcə Nazirlər Kabinetinin 94 saylı qərarını pozmaqla yetinmir, həm də dini səbəblərlə donuz ətini yeməyənlərin dini inancına hörmətsizlik edir. Ümid edirəm ki, şirkət rəhbərliyi bu məsələdə həssaslıq göstərib müştərilərindən üzr istəməklə yanaşı, bu cür məhsullar üzərində tərkibi barəsində öz dilimizdə məlumat verəcəkdir”.

  •  (1)
  •  (4)